
İsrail hakimiyyəti tərəfindən Beynəlxalq Qırmızı Xaç Komitəsinin nümayəndələri vasitəsilə Qəzza zolağının Səhiyyə Nazirliyinə təhvil verilən fələstinlilərin cəsədlərinin üçdə birindən azı müəyyən edilib.
Yeniavaz.com xəbər verir ki, bu barədə Qəzza Səhiyyə Nazirliyinin teleqram kanalında dərc olunmuş açıqlamada bildirilib.
Nazirliyin məlumatına görə, atəşkəs sazişi qüvvəyə mindikdən bəri 315 nəfərin qalıqları Qəzza zolağına qaytarılıb. Bu günə qədər yalnız 91 cəsəd müəyyən edilib; qalanları isə şəxsiyyəti məlum deyil.
Tətbiqimizi yükləyə bilərsiniz