“Bütün ruhumla darıxıram” − Messi “Kamp Nou”da


“Barselona”nın keçmiş hücumçusu və hazırkı “İnter Mayami” oyunçusu Lionel Messi Kataloniya klubunun təmir olunmuş “Kamp Nou” stadionunu ziyarət edib.
Yeniavaz.com
xəbər verir ki, bu barədə o, sosial şəbəkə hesabında paylaşım edib.
“Dünən gecə bütün ruhumla darıxdığım bir yerə qayıtdım. Çox xoşbəxt olduğum, sizin mənə yer üzünün ən xoşbəxt insanından min dəfə daha çox xoşbəxtlik bəxş etdiyiniz yerə qayıtdım. Ümid edirəm ki, bir gün qayıda bilərəm. Və sadəcə bir oyunçu kimi vidalaşmaq üçün deyil, bunu heç vaxt edə bilmədim”, - Messi yazıb.
Qeyd edək ki, Messi 2003-cü ildən 2021-ci ilə qədər “Barselona”da oynayıb. İspaniya klubunda oynadığı müddətdə argentinalı çoxsaylı komanda və fərdi mükafatlar qazanıb.

DİGƏR XƏBƏRLƏR

Top