Türkiyədə silahlı şəxs telekanal binasına hücum etdi


İstanbulun Ayazağa bölgəsində yerləşən “BeIN Sports” televiziya binasına silahlı şəxs daxil olub.
Yeniavaz.com
xəbər verir ki, bu barədə “Takvim” məlumat yayıb.  
Bildirilib ki, silahlı şəxs ofisə basqın edərək qışqırıb: “Güntəkini gətirin. Onu vurmayana qədər burden çıxmayacağam”.
Polis danışıqçılarının binaya gəldiyi və şübhəlini sakitləşdirməyə çalışdığı bildirilir.
Silahlı şübhəlinin növbətçi mühafizəçinin həyat yoldaşı olduğu iddia edilir. Ehtimal edilir ki, Güntəkin Onay silahlı şəxsin həyat yoldaşını təhqir edib. 

DİGƏR XƏBƏRLƏR

Top