
Ayrı-ayrı vətəndaşlara qarşı dələduzluq edən və 37 min manatdan çox vəsaiti mənimsəyən şəxs saxlanılıb.
Yeniavaz.com xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin mətbuat xidməti məlumat yayıb.
Polis əməkdaşları tərəfindən dələduzluq əməllərini törətməkdə şübhəli bilinən 24 yaşlı F.Baxışov müəyyən olunaraq saxlanılıb.
Faktla bağlı cinayət işi başlanılıb, araşdırmalar davam etdirilir.
Tətbiqimizi yükləyə bilərsiniz