Slovakiyada qatarlar toqquşdu − Onlarla insan xəsarət aldı


9 noyabr axşamı Slovakiyada Bratislava və Pezinok arasında iki sərnişin qatarı toqquşub.
Yeniavaz.com xəbər verir ki, bu barədə aktuality.sk məlumat yayıb.
Bildirilib ki, ölən olmayıb, lakin onlarla insan yaralanıb. Yaralılardan 20-si xəstəxanaya yerləşdirilib.

Slovakiya Daxili İşlər Nazirliyinin məlumatına görə, toqquşma zamanı qatarlarda təxminən 800 nəfər olub, əksəriyyəti tələbələr olub.
Ölkə Prezidenti Peter Pellegrini toqquşmada yaralananlara tezliklə sağalmalarını arzulayıb və təcili yardım xidmətlərinə peşəkarlıqlarına görə təşəkkür edib.
Bu, son bir ayda Slovakiya dəmir yollarında baş verən ikinci qəzadır: 13 oktyabrda ölkənin şərqində iki qatar toqquşub, təxminən 100 nəfər yaralanıb.
 

DİGƏR XƏBƏRLƏR

Top