Çin ömrü 150 ilə qədər uzatmaq üçün həb hazırlayır


Çində yerləşən “Lonvi Biosciences” laboratoriyası uzunömürlülük texnologiyaları üzrə fəaliyyət göstərir.
Yeniavaz.com
“The New York Times” (NYT) qəzetinə istinadla xəbər verir ki, laboratoriya uzunömürlülük təbabətində ixtisaslaşan startapdır.
Laboratoriya Çinin cənubundakı Şençjen şəhərində yerləşir. Şirkət qocalma prosesini ləngidən innovativ həblər hazırlayır. Bu həblər üzüm toxumu ekstraktından əldə edilən birləşməyə əsaslanır.
Şirkətin fəaliyyətinin əsasını Şanxaydan olan bir qrup alim tərəfindən nəşr olunan elmi araşdırmalar təşkil edir.
Bu araşdırmalar üzüm toxumlarından təcrid olunmuş prosianidinin C1 (PCC1) müalicəyə başladıqdan sonra siçanların ömrünü 9,4% artıra bildiyini, həmçinin, istifadəyə başladıqdan sonra onların ömrünü 64,2% uzada bildiyini müəyyən edib.
“150 yaşa çatmaq tamamilə mümkün bir məqsəddir. Və cəmi bir neçə ildən sonra bu, reallığa çevriləcək”, - deyə şirkətin texniki direktoru Liu Tsinxua bildirib.
Şirkət proqnozlaşdırır ki, həblər sağlam həyat tərzi və yaxşı tibbi xidmətlə birləşərək insanlara 100 və hətta 150 yaşa qədər yaşamağa imkan verəcək.

DİGƏR XƏBƏRLƏR

Top