
Qəzza zolağında İsrail hərbçiləri içərisində daha bir girovun qalıqları olan tabut təhvil alıblar.
Yeniavaz.com xəbər verir ki, bu barədə İsrailin Baş naziri Binyamin Netanyahunun ofisi məlumat yayıb.
Məlumata görə, qalıqlar Beynəlxalq Qızıl Xaç Komitəsinin vasitəçiliyi ilə təhvil verilib.
Hərbçilər tabutu İsrail ərazisinə aparacaq və burada qalıqların şəxsiyyəti müəyyən ediləcək.
Qeyd edək ki, oktyabrın 9-da İsrail və HƏMAS Misir, Qətər, ABŞ və Türkiyənin vasitəçiliyi ilə ABŞ prezidenti Donald Trampın təqdim etdiyi sülh planının birinci mərhələsini həyata keçirmək barədə razılığa gəliblər. Trampın planına uyğun olaraq Qəzzada atəşkəs oktyabrın 10-da qüvvəyə minib.
Xatırladaq ki, oktyabrın 13-də HƏMAS sağ qalan 20 israilli girovu azad edib və dörd girovun qalıqlarını təhvil verib. HƏMAS bu günə qədər 23 girovun qalıqlarını qaytarıb. İsrail hökümətinin bildirdiyinə görə, HƏMAS hələ də beş girovun qalıqlarını saxlamaqda davam edir.
Tətbiqimizi yükləyə bilərsiniz