“Barselona” “Kamp Nou”da açıq məşq keçirdi – İlk dəfə


İspaniyanın “Barselona” klubu təmirə bağlandıqdan sonra doğma stadionu “Kamp Nou”da ilk məşqini keçirib.
Yeniavaz.com
xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
Məlumata görə, məşq 23 min nəfərlə məhdudlaşan azarkeşlər üçün açıq olub.
Qeyd edək ki, Barselonadakı "Kamp Nou" stadionunun yenidən qurulmasına 2023-cü ilin iyununda başlanılıb.
Tamamlandıqdan sonra stadionun tamaşaçı tutumu 99 mindən 105 minə yüksələcək. Komandanın stadiona qayıtması dəfələrlə təxirə salınıb.
Xatırladaq ki, “Barselona" İspaniya çempionatında 11 oyundan sonra 25 xalla ikinci yeri tutur. Birinci yerdə isə 30 xalla “Real Madrid” qərarlaşır.

DİGƏR XƏBƏRLƏR

Top