Messidən unikal rekord


MLS 1/16 pley-off mərhələsinin üçüncü oyununda “İnter Mayami” öz meydanında “Neşvill "i 4:0 hesabı ilə məğlub edib.
Yeniavaz.com
xəbər verir ki, Argentinalı hücumçu Lionel Messi oyunda iki qol vurub və bir məhsuldar ötürmə edib.
Beləliklə, ulduz forvard peşəkar karyerasında 400-cü məhsuldar ötürmə həddinə çatıb.
Forvard “Barselona”da 269, Argentina millisində 60, “İnter Mayami”də 37, PSJ-də isə 34 məhsuldar ötürmə edib.
Qeyd edək ki, bu mövsüm argentinalı hücumçu Amerika klubunun heyətində bütün yarışlarda 42 oyun keçirib, 40 qol vurub və 17 məhsuldar ötürmə edib.
Lionel Messi həımşinin, MLS-in bombardiridir.

DİGƏR XƏBƏRLƏR

Top