
Qəzzanın Səhiyyə Nazirliyi verdiyi yazılı açıqlamada İsrailin hücumları nəticəsində baş verən itkilər, yaralanmalar və dağıntılar altından çıxarılan cəsədlərlə bağlı son məlumatları paylaşıb.
Yeniavaz.com xəbər verir ki, açıqlamaya görə, son 72 saat (3 gün) ərzində Qəzza zolağındakı xəstəxanalara 9-u dağıntılar altından çıxarılanlar olmaqla ümumilikdə 10 cəsəd gətirilib.
Qeyd olunub ki, atəşkəsin başlanmasından bəri həyata keçirilən hücumlarda ümumilikdə 241 nəfər həlak olub, 614 nəfərin yaralanıb və dağıntılar altından daha əvvəl dünyasını dəyişmiş 522 meyit çıxarılıb.
İsrailin 8 oktyabr 2023-cü ildən etibarən Qəzza zolağında həyata keçirdiyi hücumlar nəticəsində həlak olanların ümumi sayının 69 min 169-a, yaralıların sayının isə 170 min 685-ə yüksəldiyi bildirilib.
Səhiyyə Nazirliyinin açıqlamasında, həmçinin itkin şəxslərin ümumi sayına daha 284 nəfərin əlavə olunduğu qeyd edilib.
Qəzza zolağında dağıntılar altında hələ də minlərlə ölünün olduğu bildirilir.
Tətbiqimizi yükləyə bilərsiniz