“Paşinyanın atdığı cəsarətli addımları məmnuniyyətlə izləyirik” – Ərdoğan


“Biz daimi sülh məsələsində son dərəcə ümidliyik, nikbinik. Qardaşım İlham Əliyevin daimi sülhün bərqərar olması üçün göstərdiyi səmimi səyləri yüksək qiymətləndiririk. Ermənistanın baş naziri cənab Nikol Paşinyanın da bu yolda atdığı cəsarətli addımları məmnuniyyətlə izləyirik”.
Yeniavaz.com
xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Bakıda keçirilən hərbi paradda çıxış edərkən deyib.
“İnşallah, bu möhtəşəm qələbə hər iki liderin konstruktiv mövqeyi sayəsində bölgədə sülh və əmin-amanlığı təmin edəcək daimi bir razılaşma ilə nəticələnəcək. Türkiyə olaraq bu məsələdə bizə düşən nə varsa, inşallah, onu etməyə davam edəcəyik. Gəlinən mərhələdə qardaş Azərbaycanın həm regionda, həm də onun hüdudlarından kənarda əldə etdiyi irəliləyişlərdən böyük qürur duyuruq”, - Ərdoğan bildirib.

DİGƏR XƏBƏRLƏR

Top