Bu vərdiş ciddi xəstəliklərə səbəb ola bilər


Yeməyə həddindən artıq duz əlavə etmək vərdişi ciddi xəstəliklərə səbəb ola bilər.
Yeniavaz.com
xəbər verir ki, bu barədə “Daily Mail”də dərc olunan məqalədə bildirilir.
“Orqanizmdə duzun artıqlığı qanda suyun yığılmasına gətirib çıxarır və bu da qan təzyiqini yüksəldir. Nəticədə, insult və ya ürək tutması, həmçinin osteoporoz və hətta mədə xərçəngi riskini artırır,” – qəzet yazır.
Bildirilib ki, Böyük Britaniyanın Milli Səhiyyə Xidməti gündə ən çoxu altı qram duz qəbul etməyi tövsiyə edir. Bununla belə, nəşr qeyd edib ki, tədqiqatların nəticələrinə əsasən, böyüklər bu normadan təxminən 40 faiz çox, yəni gündə orta hesabla 8,4 qram duz istehlak edirlər.
“Duz qəbulunu azaltmaq üçün yeməyə ədviyyatlar və aromatik bitkilər əlavə etmək, həmçinin bişirərkən pomidor, göbələk, fermentləşdirilmiş məhsullar və “umami” dadı ilə zəngin digər inqrediyentlərdən istifadə etmək tövsiyə olunur”, - müvafiq məqalədə deyilir.

DİGƏR XƏBƏRLƏR

Top