“Onlar bu gün istintaq təcridxanasında Azərbaycan çayı içirlər”


“Erməni hərbi cinayətkarları bu gün Bakıda istintaq təcridxanasında Azərbaycan çayı içirlər”.
Yeniavaz.com
xəbər verir ki, bunu Prezident İlham Əliyev Vətən müharibəsində Qələbənin beşinci ildönümünə həsr olunmuş hərbi paradda çıxışı zamanı deyib.
Dövlət başçısı xatırladıb ki, İkinci Qarabağ müharibəsindən əvvəl Ermənistanda onların tanklarının Bakı küçələrində olacağını, özlərinin isə Bakıda çay içəcəklərini deyirdilər.
“Onların istəkləri qismən yerinə yetdi. Hərbi Qənimətlər Parkında erməni tankları var, erməni cinayətkarlar isə Bakıda istintaq təcridxanasında Azərbaycan çayı içirlər”, - İlham Əliyev deyib.

DİGƏR XƏBƏRLƏR

Top