
“44 günlük müharibəni önləmək üçün bir şey lazım idi — Qarabağ məsələsinin həlli ilə bağlı öz təsəvvür etdiyimiz legitimliyi Qarabağ məsələsinin beynəlxalq legitimliyi ilə uyğunlaşdırmaq”.
Yeniavaz.com xəbər verir ki, bunu Ermənistanın Baş naziri Nikol Paşinyan deyib.
“O təsəvvürləri uyğunlaşdırmaq nəzəri cəhətdən mümkün idisə də, praktiki olaraq qeyri-mümkün idi, çünki biz ilk addımda qəbul etməli idik ki, Qarabağ Azərbaycanın tərkibində olmalıdır — başqa heç bir variant yox idi. Əgər biz düşünürüksə ki, bunu 2018–2019-cu illərdə edə bilərdik, onda bəli, bu mənim səhvim idi ki, bunu etməmişəm”, - Paşinyan bildirib.
Tətbiqimizi yükləyə bilərsiniz