“Paşinyan İlham Əliyevə belə bir sual verdi: “Siz istəyirsiniz ki, məni öldürsünlər?” – Video


“Prezident İlham Əliyev Nikol Paşinyana dedi ki, biz bu məsələni həll etməliyik, belə daim davam edə bilməz, biz bunu qəbul etməyəcəyik və Azərbaycanın işğal altında olan əraziləri azad edilməlidir”.
Yeniavaz.com
xəbər verir ki, bunu İTV-yə müsahibəsi zamanı xarici işlər naziri Ceyhun Bayramov Prezident İlham Əliyevin Ermənistan Baş naziri Nikol Paşinyanla 2018-ci ilin sentyabr ayında baş tutan qeyri-rəsmi təması barədə danışarkən deyib.
“Nikol Paşinyanın ilkin reaksiyası kifayət qədər konstruktiv olub. O deyib ki, mən yeni gəlmişəm, mənim üçün çətindir, mənə bəlli bir vaxt lazımdır və mən bu işi həll etmək üçün bütün addımları atacam”, - C. Bayramov bildirib.
O deyib ki, növbəti görüşdə - 2019-cu ilin mart ayında isə Paşinyan mövqeyini tam dəyişib:
“Açıq şəkildə qeyd edir ki, mən bu məsələni həll edə bilmirəm, həll etməyəcəyəm. Və hətta belə maraqlı bir bir arqument də gətirir ki, mən bunu etsəm, məni öldürərələr. Cənab prezidentə belə bir ritorik sual da verir: “Siz istəyirsiniz ki, məni öldürsünlər?”
Daha ətraflı:

DİGƏR XƏBƏRLƏR

Top