“Grammy” namizədləri açıqlandı


ABŞ Milli Səsyazma Sənəti və Elmləri Akademiyası 2026-cı il “Grammy” Mükafatlarına namizədlərin siyahısını açıqlayıb.
Yeniavaz.com
xəbər verir ki, Kendrik Lamar doqquz nominasiya ilə ən çox nominasiyaya sahibdir.
Onların əksəriyyəti “GNX” albomuna görədir. Albom və onun mahnıları İlin Yazısı, İlin Mahnısı və İlin Albomu, eləcə də Pop və Rap nominasiyalarına uyğundur.
Ledi Qaqa yeddi, “Bad Bunny”, Sabrina Karpenter və Leon Tomas isə hərəyə altı nominasiya qazanıb.
Eddison Rey ən yaxşı yeni sənətçi nominasiyasında ilk “Grammy” nominasiyasını alıb. 
lin yazısı: 
- “DtMF” - “Bad Banny”
- “Manchild” - Sabrina Karpenter
- “Anxiety” - “Doechii”
- “Wildflower” - Billi Ayliş
- “Abracadabra” - Ledi Qaqa
- “Luther” - Kendrick Lamar və SZA
- “The Subway” - Çappel Ron
- “Apt.” - “Roze” və Bruno Mars
İlin albomu:
- “Debí Tirar Más Fotos” - “Bad Banny”
- “Swag” - Castin Biber
- “Manʼs Best Friend” - Sabrina Karpenter
- “Let God Sort Em Out” - “Clipse”, “Pusha T” və “Malice”
- “Mayhem” - Ledi Qaqa
- “GNX” - Kendrik Lamar
- “Mutt” - Leon Tomas
- “Chromakopia” - “Tyler”, “the Creator”
İlin mahnısı:
- “Abracadabra” - Ledi Qaqa
- “Anxiety” - “Doechii”
- “Apt.” - “Roze” və Bruno Mars
- “DtMF” - “Bad Banny”
- “Golden” - “Ejae”, Odri Nuna və Rey Ami
- “Luther” - Kendrik Lamar və SZA
- “Manchild” - Sabrina Carpenter
- “Wildflower” - Billi Ayliş
Ən yaxşı yeni sənətçi:
- Olivia Din
- “Katseye”
- “Marias”
- Eddison Rey
- Sombr
- Leon Tomas
- Aleks Uorren
- “Lola Young”
Qeyd edək ki, 68-ci İllik “Grammy” Mükafatları 2026-cı il fevralın 1-də Los-Ancelesdə keçiriləcək.

DİGƏR XƏBƏRLƏR

Top