“Maduro istefasının şərtlərini açıqladı” −KİV


“Venesuela Prezidenti Nikolas Maduro əfv və ABŞ-dən təhlükəsizlik zəmanəti alacağı müqabilində istefa verməyə hazırdır”.
Yeniavaz.com xəbər verir ki, bu barədə “The Atlantic” mənbələrə istinadən məlumat yayıb.
Nəşr qeyd edir ki, Əgər ABŞ ona və onun ən yaxın silahdaşlarına əfv verərsə, tutulması üçün mükafatlarını ləğv edərsə və rahat həyat üçün şərait yaradarsa, Maduro istefanı nəzərdən keçirməyə hazırdır.
Qeyd edək ki, daha öncə ABŞ administrasiyasının Prezident Nikolas Maduronu devirmək məqsədi daşıyan Venesuelaya qarşı hərbi əməliyyat üçün üç mümkün ssenarini nəzərdən keçirdiyi bildiriıib. “The New York Times” qəzetinin məlumatına görə, birinci variant Maduronun silahlı qüvvələr daxilində mövqeyini zəiflətmək üçün ölkədəki hərbi obyektlərə hava hücumlarını əhatə edir. İkinci variant Venesuela liderini ələ keçirmək və ya aradan qaldırmaq üçün ABŞ Hərbi Dəniz Qüvvələrinin xüsusi təyinatlı qüvvələrindən istifadə etməyi nəzərdə tutur. Üçüncü ssenariyə əsasən, ABŞ qüvvələri hava limanları, neft yataqları və digər infrastruktur üzərində nəzarəti ələ keçirmək üçün Venesuelaya yerləşdirilə bilər.

DİGƏR XƏBƏRLƏR

Top