
Amerika Prezidenti Donald Tramp xarici siyasət məqsədinin nüvə silahlarının azaldılması və ya nüvəsizləşdirmə olduğunu bildirib.
Yeniavaz.com xəbər verir ki, onun sözlərinə görə, o, artıq bu mövzunu Rusiya və Çinlə müzakirə edib.
“Mənim xarici siyasət doktrinam nüvəsizləşdirmə olardı, çünki kifayət qədər nüvə silahımız var”, - Tramp deyib.
O, ABŞ-nin nüvə silahlarında birinci, Rusiya ikinci, Çin isə üçüncü yerdə olduğunu bildirib:
“Onlar çox geridə qalırlar, amma dörd-beş ildən sonra bizə çatacaqlar. Bilirsiniz, onlar nüvə silahları üzərində həddindən çox işləyirlər. Düşünürəm ki, nüvəsizləşdirmə əla həll yolu olardı. Dünyanı 150 dəfə məhv edə bilərik, amma buna ehtiyac yoxdur”.
Tramp həmçinin nüvəsizləşdirmə məsələsində ortaq məxrəcə gəlmək üçün yuxarıda adı çəkilən ölkələrin liderləri ilə işləyə biləcəyinə ümid etdiyini bildirib:
“Mən bu barədə Prezident Putinlə (Rusiya Prezidenti Vladimir Putin - red.) danışmışam. Mən bu barədə Prezident Si (Çin Prezidenti Sİ Cinpin - red.) ilə də danışmışam. Və hər kəs bu pulu başqa şeylərə, bu gün insanlara həqiqətən fayda verə biləcək şeylərə xərcləmək istərdi”.
Tətbiqimizi yükləyə bilərsiniz