
ABŞ vitse-prezidenti Ceyms Devid Vens 2028-ci il seçkilərində ABŞ prezidentliyinə namizəd olacaq.
Yeniavaz. com “Politico” qəzetinin mənbələrinə istinadla xəbər verir ki, bu barədə ABŞ dövlət katibi Marko Rubio bildirib.
Mənbə qeyd edib ki, ABŞ administrasiyasına görə, Ceyms Devid Vensin prezidentliyə namizəd, Marko Rubionun isə vitse-prezidentliyə namizəd olacağı gözlənilir.
Mənbənin ifadə etdiyi kimi, Rubio Vensi 2028-ci il seçkilərində ABŞ-nin hazırkı lideri Donald Trampın ən çox ehtimal olunan varisi hesab etdiyini bildirib.
Bildirilib ki, Rubio əgər istəsə, Vensin Respublikaçılar Partiyasının namizədi olacağını əlavə edib. O, həmçinin əlavə edib ki, bu işdə vitse-prezidenti dəstəkləmək üçün əlindən gələni edəcək.
Qeyd edək ki, bundan əvvəl potensial varislərdən danışan ABŞ Prezidenti Donald Tramp həm Vensi, həm də Rubionu dəstəklədiyini bildirib. Amerika lideri əmin edib ki, dəfələrlə ehtimalı gündəmə gətirsə də, üçüncü dəfə prezident olmaq niyyətində deyil. Şünki 1951-ci ildə qəbul edilmiş Konstitusiyaya 22-ci Düzəliş ABŞ prezidentinin səlahiyyət müddətini iki müddətlə məhdudlaşdırır.
Tətbiqimizi yükləyə bilərsiniz