Rusiya XİN 9 noyabr razılaşmasının beşinci ildönümü ilə bağlı bəyanat yaydı


Rusiya Xarici İşlər Nazirliyi (XİN) Rusiya, Azərbaycan və Ermənistan liderləri arasında Qarabağ münaqişəsi zonasında atəşkəs haqqında razılaşmanın beşinci ildönümü ilə bağlı bəyanat yayıb.
Yeniavaz.com
-un məlumatına görə, Rusiya XİN-in rəsmi saytında dərc olunan bəyanatda bildirilir ki, üç lider arasında saatlarla davam edən danışıqlar qan tökülməsinə son qoyub və regionda sülhün bərpası üçün bir sıra tədbirlərə start verib.
Bəyanatda, həmçinin sülhməramlıların fəaliyyəti dövründə gördükləri işlər barədə məlumat verilib.
“Bu müqavilələr qüvvədə qalır və öz aktuallığını itirməyib. Üçtərəfli formatda qurulmuş mühüm təməllərdən Azərbaycan və Ermənistan tərəfləri birbaşa dialoqda fəal şəkildə istifadə edirlər. Bu kontekstdə Rusiya tərəfi 2025-ci il avqustun 8-də Vaşinqtonda Azərbaycan və Ermənistan xarici işlər nazirləri tərəfindən “Azərbaycan Respublikası və Ermənistan Respublikası arasında sülh və dövlətlərarası münasibətlərin qurulması haqqında” Saziş layihəsinin paraflanmasını yüksək qiymətləndirir. Bakı və İrəvanın ikitərəfli münasibətlərin normallaşdırılması prosesinin dönməz olması, o cümlədən sülh müqaviləsinin imzalanması, bütün Cənubi Qafqaz ölkələrinin və onların yaxın qonşularının maraqlarına uyğun nəqliyyat və iqtisadi əlaqələrin bərpası, dövlət sərhədinin ədalətli şəkildə delimitasiyası və demarkasiyası, vətəndaş cəmiyyəti ilə səmərəli əlaqələrin qurulması üçün hələ çox işlər görülməlidir. Rusiya tərəfi bundan sonra da Azərbaycan və Ermənistan tərəfdaşlarına bütün sahələrdə, o cümlədən 3+3 Regional Əməkdaşlıq Platforması (Azərbaycan, Ermənistan, Gürcüstan, Rusiya, İran və Türkiyə) çərçivəsində hərtərəfli kömək göstərməyə hazırdır”, - bəyanatda qeyd edilib.

DİGƏR XƏBƏRLƏR

Top