BMW 5 min avtomobilini geri çağırır


Alman avtomobil istehsalçısı BMW 5 min “BMW X5” krossoverini təhlükəsizlik yastıqlarındakı problemlərə görə geri çağırır.
Yeniavaz.com
xəbər verir ki, bu barədə “carscoops.com” portalı məlumat yayıb.
Məlumata görə, bu, 2000-2001-ci illər arasında istehsal edilən avtomobillərə aiddir.
Artıq digər modellər də daxil olmaqla, 100 milyon avtomobildə problemli “Takata” hava yastıqları aşkar olunub.
Problem qaz generatorunda müəyyən edillib. Bu isə zaman keçdikcə onun korpusunda çatlara səbəb ola və nəticədə, hava yastığının qəza zamanı avtomobilin salonuna çoxsaylı metal parçaları atmasına gətirib çıxara bilər.
Bildirilir ki, artıq genişmiqyaslı geri çağırma Yaponiyanın “Takata” şirkətini iflasa məruz qoyub. Belə ki, 2009-cu ildən bəri Yaponiyanın “Takata” şirkətinin problemli hava yastıqları ilə əlaqədar dünya üzrə 30-dan çox ölümlə nəticələnən qəza qeydə alınıb.

DİGƏR XƏBƏRLƏR

Top