
Ötən il Azərbaycanda əhali tərəfindən istehlak olunan mal əti 172 min 61 ton olub.
Yeniavaz.com açıqlanan rəsmi məlumatlara istinadən xəbər verir ki, istehlak olunan mal ətinin 33 min 609 tonu və ya 19,5%-i qida məhsullarının istehsalı üçün sərf olunub. Mal ətinin 138 min 452 tonu isə ət kimi istehlak edilib.
Qeyd edək ki, ötən ilin sonunda Azərbaycan əhalisinin sayı 10 milyon 224 min 900 nəfər olub. Açıqlanan rəsmi məlumatlara istinadən apardığımız hesablama göstərir ki, ötən il ərzində Azərbaycanda əhalinin bir nəfərinə düşən orta mal əti istehlakı 13,5 kiloqram olub. Bu isə o deməkdir ki, bir nəfərin gündəlik istehlak etdiyi mal əti 37 qram təşkil edib.
Elnur Əli
Tətbiqimizi yükləyə bilərsiniz