Bakıda 69 yaşlı kişi itkin düşüb


Bakı şəhər sakini 69 yaşlı Arif İsmayılov paytaxtın Nizami rayonunda yaşadığı ünvandan çıxıb naməlum istiqamətə gedərək bir daha geri qayıtmayıb. 
Yeniavaz.com
xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyi (DİN) məlumat yayıb.
“Sözügedən şəxsi görənlərdən və barəsində məlumatı olanlardan DİN-in “102” Xidməti Zəng Mərkəzinə, həmçinin (+994)55 202-91-19 və (+994)50 973-86-73 mobil nömrələrinə zəng edərək məlumat vermələri xahiş olunur”, - məlumatda deyilir.

DİGƏR XƏBƏRLƏR

Top