Türkiyədə 17 futbol hakimi və 1 klub prezidenti saxlanılıb


İstanbul Baş Prokurorluğunun mərc oyunları il bağlı apardığı istintaq çərçivəsində 17 futbol hakimi və 1 klub prezidenti də daxil olmaqla 21 nəfərin saxlanılması barədə qərar çıxarılıb.
Yeniavaz.com
“BirGün”ə istinadla xəbər verir ki, artıq sözügedən şəxslərdən 18 nəfər saxlanılıb.
“İstintaqın ilkin mərhələsində “Eyüpspor”un prezidenti Murat Özkaya və “Kasımpaşaspor”un sabiq prezidenti Mehmet Fatih Saraçın da saxlanılmasına qərar verilib. 12 vilayətdə əməliyyatlar keçirilib, 18 nəfər saxlanılıb”, - nəşr yazır.
Qeyd edək ki, bir müddət əvvəl Türkiyə Futbol Federasiyasının (TFF) prezidenti İbrahim Hacıosmanoğlu bir qrup hakimin mərc oyunları oynaması ilə bağlı açıqlama verib və bu idman cameəsində qalmaqal yaradıb.

DİGƏR XƏBƏRLƏR

Top