
BMT Təhlükəsizlik Şurası Suriyanın keçid dövrü prezidenti Əhməd Əl-Şaraa və keçid dövrü daxili işlər naziri Ənəs Xəttabın BMT-nin sanksiya siyahısından çıxarılmasını nəzərdə tutan qətnamə qəbul edib.
Yeniavaz.com xəbər verir ki, ABŞ tərəfindən hazırlanan sənəddə Əl-Şaraa və Xəttabın İŞİD və “Əl-Qaidə” terror təşkilatları ilə əlaqəli şəxslərin daxil olduğu sanksiya siyahısından çıxarılması tələb olunur.
Təhlükəsizlik Şurasının 15 üzvündən 14-ü qətnamənin lehinə səs verib. Çin isə səsvermədə bitərəf qalıb.
Qeyd edək ki, mayın 14-də Tramp Ər-Riyadda əl-Şaraa ilə danışıqlar aparıb. Tramp Vaşinqtonun Dəməşqə qarşı on illərdir tətbiq etdiyi sanksiyaları ləğv etməyə başlayacağını açıqlayıb. İyulun 1-də o, Suriyaya qarşı birtərəfli sanksiyaları ləğv edən sərəncam imzalayıb.
Tətbiqimizi yükləyə bilərsiniz