
“Azərbaycan Prezidenti İlham Əliyev əsl dövlət liderliyi nümunəsidir”.
Yeniavaz.com xəbər verir ki, bunu ABŞ prezidentinin xüsusi elçisi Stiv Uitkoff Tramp administrasiyasının Bakı ilə İrəvan arasında münasibətləri normallaşdırmaq səylərini şərh edərkən deyib.
“Prezident Əliyevin daha güclü ordusu var. O, özünkünü (işğaldan azad edilmiş əraziləri - red.) geri almaq üçün fürsətdən istifadə edib”, - Uitkoff bildirib.
Siyasətçinin sözlərinə görə, avqustun 8-də Oval kabinetdə görüş zamanı ABŞ Prezidenti Donald Tramp Prezident İlham Əliyevdən “Niyə dayandınız? Qələbə qazanırdınız, böyük ordunuz var” deyə soruşub. Buna Azərbaycan lideri “Bizdən alınanları geri almaq istədim. Artıq mənə lazım deyil” cavabını verib.
Xüsusi nümayəndə bunun möhtəşəm qərar olduğunu qeyd edərək, müdrik dövlət rəhbərliyinin nümunəsi kimi Prezident Əliyevi göstərib.
Tətbiqimizi yükləyə bilərsiniz