
Çempionlar Liqasının 4-cü raunduna yekun vurulub.
Yeniavaz.com xəbər verir ki, Mikel Artetanın rəhbərlik etdiyi “Arsenal” klubu qapısından top buraxmayan yeganə komanda oldu.
Bu mərhələdə İngiltərə klubu “Slaviya Praqa”nı 3:0 hesabı ilə məğlub edib.
Artetanın komandası 11-0 top fərqinə malikdir və Çempionlar Liqasının turnir cədvəlində ikinci yeri tutur. “İnter” 11-1 top fərqi ilə turnir cədvəlinin üçüncü pilləsində qərarlaşıb.
“Bayern Münhen” 14-3 top fərqi ilə birincidir.
Tətbiqimizi yükləyə bilərsiniz