2025-ci ilin sözü açıqlandı


“Collins” İngilis dili lüğəti “vibe coding”i 2025-ci ilin sözü adlandırıb.
Yeniavaz.com
xəbər verir ki, “vayb kodlaşdırması” kod yaratmaq üçün böyük dil modellərindən istifadə edən proqramlaşdırma üsuludur.
Tərtibatçılar sadəcə olaraq tətbiqin tapşırığını və əsas xüsusiyyətlərini təsvir edən mətn sorğusu qurmalıdırlar. Ümid edilir ki, vibe kodlaşdırma ilə istifadəçilər tam proqramlaşdırma biliyinə malik olmadan öz proqram təminatını yarada bilərlər. Termini süni intellekt üzrə alim və “OpenAI”nin həmtəsisçisi Andriy Karpatı irəli sürüb.
“Əslində bu, maşına istədiyinizi söyləməkdir. Siz özünüz zəhmətlə kodlaşdırmayacaqsız, o edəcək. Bu, dəyişənlərlə deyil, “vayblarla” proqramlaşdırmadır. Texnoloji ekspertlər bunun inqilabi və ya ağılsız olduğunu müzakirə edərkən, bu termin Silikon Vadisindən çox-çox kənarda istifadə olundu və bu, İngilis dilinin hər gün Sİ (süni intellekt - red.) lüğətinin istifadəsinə doğru daha geniş mədəni dəyişikliyi əks etdirir”, - məlumatda deyilir.
Qeyd edək ki, “Collins English Dictionary”nin 2024-cü il üzrə ilin sözü “brat" idi - yəni, inamlı, müstəqil və hedonist davranışa malik olan insanı təsvir edən sifət.

DİGƏR XƏBƏRLƏR

Top