
Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə Bakı şəhərinin Nizami rayonu ərazisində vətəndaşın köməksiz vəziyyətdə qalması barədə məlumat daxil olub.
Yeniavaz.com xəbər verir ki, bu barədə nazirliyin mətbuat xidməti məlumat yayıb.
Bildirilib ki, məlumatla əlaqədar dərhal FHN-in Xüsusi Riskli Xilasetmə Xidmətinin xilasediciləri əraziyə cəlb edilib.
Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən vətəndaşın beşmərtəbəli yaşayış binasının 4-cü və 5-ci mərtəbələrinin eyvanları arasında yerləşən metal artırmanın üzərində köməksiz vəziyyətdə qaldığı müəyyən edilib.
Müvafiq təhlükəsizlik tədbirləri görüldükdən sonra vətəndaş xilasedicilər tərəfindən yerə düşürülərək xilas edilib.
Tətbiqimizi yükləyə bilərsiniz