Pelosi Konqresdən gedir

nensi pelosi bu vəzifəsini tərk edir
ABŞ Konqresinin Nümayəndələr Palatasının keçmiş spikeri, 85 yaşlı Nensi Pelosi 40 ilə yaxındır təmsil etdiyi San-Fransisko, Kaliforniya bölgəsindən 2026-cı ildə Nümayəndələr Palatasına namizəd olmayacağını açıqlayıb.
Yeniavaz.com xəbər verir ki, bu barədə Pelosi Nümayəndələr Palatasında yayımlanan videomüraciətində deyib.
“Mən ABŞ Konqresinə yenidən seçilmək istəməyəcəyəm. Minnətdarlıq hissi ilə sizin qürurlu nümayəndəniz kimi son ili səbirsizliklə gözləyirəm”, - Pelosi deyib.
Qeyd edək ki, Pelosi 1987-ci ildən Konqresdə işləyir. 2007-ci ildə o, Nümayəndələr Palatasının sədri olub və ABŞ-də bu vəzifəni tutan ilk qadın oldu. 2011-ci ildə Demokratlar Nümayəndələr Palatasında çoxluğu itirdikdən sonra Pelosi Nümayəndələr Palatasında Azlıqların Lideri rolunu öz üzərinə götürüb. 2019-cu ildə o, spikerliyə qayıdıb və 2023-cü ilin yanvarında istefa verib. Pelosinin səlahiyyət müddəti 3 yanvar 2027-ci ildə başa çatır.

DİGƏR XƏBƏRLƏR

Top