Sarkisyanın Ermənistandan çıxışına qadağa qoyuldu


Ermənistanın Korrupsiyaya Qarşı Mübarizə Komitəsi 2019-cu ildə baş vermiş insidentlə əlaqədar ölkənin üçüncü prezidenti Serj Sarkisyanın xaricə çıxışına qadağa qoyub.
Yeniavaz.com
 xəbər verir ki, bu barədə onun vəkili Amram Makinyan “Facebook” sosial şəbəkə hesabında məlumat yayıb.
Məlumata görə, qadağa yeni ittihamlar əsasında qoyulub.
Makinyan bildirib ki, ötən gün axşam saatlarında Ermənistanın Korrupsiyaya Qarşı Mübarizə Komitəsi Sarkisyanın yenidən məhkəməyə çağırılmasının vacibliyini elan edib.
Vəkilin sözlərinə görə, bu qərar məhkəmənin sabiq prezidentin ölkədən çıxışına qadağa qoyulması ilə bağlı prokurorluğun vəsatətini təmin etməkdən imtina etməsi ilə əlaqədar olub.
Qeyd edək ki, dünən Ermənistanın üçüncü prezidenti Serj Sarkisyanın barəsində seçilmiş həbs-qətimkan tədbirinin dəyişdirilməsi ilə bağlı prokurorluğun vəsatəti üzrə fövqəladə məhkəmə iclası keçirilib.
Xatırladaq ki, Ermənistanın üçüncü prezidentinə qarşı vəzifə səlahiyyətlərindən sui-istifadə, torpaqların qanunsuz özgəninkiləşdirilməsi, rüşvətxorluğa köməklik və təşviqat da daxil olmaqla bir neçə cinayət işi açılıb. Bu işlər sonradan iki ayrı icraatda birləşdirilib.

DİGƏR XƏBƏRLƏR

Top