
Çexiyada Baş nazir Petr Fialanın hökuməti istefa verib.
Yeniavaz.com ČTK agentliyinə istinadla xəbər verir ki, bu barədə Nazirlər Kabinetinin rəhbəri məlumat yayıb.
Siyasətçinin sözlərinə görə, o bu gün istefa ərizəsini Çexiya prezidenti Petr Pavelə təqdim edəcək.
Çexiya Konstitusiyasına əsasən, oktyabrın 3 və 4-də keçirilmiş seçkilərdən sonra ölkə parlamentinin Deputatlar Palatasının (aşağı palata) ilk iclasının yekunlaşmasından sonra hökumət istefa verib.
Prezidentin hökumətə yeni kabinet təyin olunana qədər vəzifəsini icra etməyi tapşıracağı gözlənilir.
Yeni hökumət gələn ayın ortalarından gec olmayaraq fəaliyyətə başlayacaq.
Qeyd edək ki, noyabrın 3-də oktyabrın əvvəlində keçirilən parlament seçkilərində səslərin əksəriyyətini qazanan Çexiyanın ANO, SPD və “Motorist” partiyaları hökumət koalisiyası yaradıblar.
Tətbiqimizi yükləyə bilərsiniz