
2025-ci ilin 3-cü rübünün sonunda BP şirkətinin işçiləri olan Azərbaycan vətəndaşlarının sayı 2 389 nəfər olub və buraya müddətli müqavilə əsasında işləyən işçilər də daxildir.
Yeniavaz.com xəbər verir ki, bu barədə məlumat “BP-Azərbaycan” şirkətinin hesabatında yer alıb.
Məlumat üçün bildirək ki, ötən ilin yekunu ilə müqayisədə BP şirkətinin işçiləri olan Azərbaycan vətəndaşlarının sayı 2 413 nəfər olub. Bu isə o deməkdir ki, bu ilin ilk 3 rübü ərzində BP şirkətində işləyən Azərbaycan vətəndaşlarının sayı 24 nəfər azalıb.
Elnur Əli
Tətbiqimizi yükləyə bilərsiniz