
“Çelsi” ilə oyunda zədələnən “Qarabağ”ın yarımmüdafiəçisi Kadi Borges oyundan dərhal sonra müayinədən keçib.
Yeniavaz.com klubun yaydığı məlumata istinadla xəbər verir ki, müayinənin nəticələrinə əsasən, futbolçunun sol fibulasında sınıq aşkarlanıb.
“Həkimlərin ilkin proqnozuna görə, Kadi Borgesin müalicə və bərpa prosesi təxminən 8–10 həftə davam edəcək”, - məlumatda deyilir.
Tətbiqimizi yükləyə bilərsiniz