
Bu ilin əvvəlinə olan məlumata görə, Azərbaycanda pensiyaçıların 17,6%-i işləyən şəxslər olub.
Yeniavaz.com Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin məlumatlarına əsasən xəbər verir ki, ölkədə pensiyaçıların ümumi sayı 1 milyon 98 min 348 nəfər təşkil edib.
Pensiyaçıların 193 min 807 nəfəri (17,6%) işləyən, 904 min 541 nəfəri (82,4%) isə işləməyənlər kateqoriyasına aiddir.
Yaşa görə pensiya alanların ümumi sayı 705 min 849 nəfər olub. Onlardan 143 min 405 nəfəri (20,3%) işləyir, 562 min 444 nəfəri (79,7%) isə əmək fəaliyyəti ilə məşğul deyil.
Əlilliyə görə pensiya alanların ümumi sayı 255 min 458 nəfər təşkil edib. Bu kateqoriyada 46 min 860 nəfər (18,3%) işləyən, 208 min 598 nəfər (81,7%) isə işləməyən pensiyaçı kimi qeydə alınıb.
Ailə başçısını itirməyə görə pensiya alanların sayı isə 137 min 41 nəfərdir. Onlardan 3 min 542 nəfəri (2,6%) işləyir, 133 min 499 nəfəri (97,4%) isə işləməyənlər qrupuna daxildir.
Fəridə Əsədzadə
Tətbiqimizi yükləyə bilərsiniz