“ABŞ-ni kriptovalyuta mərkəzinə çevirəcəyik” – Tramp


“Biz ABŞ-ni bitkoin super gücünə və dünyanın kriptovalyuta mərkəzinə çevirmək niyyətindəyik”.
Yeniavaz.com
xəbər verir ki, bunu ABŞ Prezidenti Donald Tramp deyib.
“Biz Çindən xeyli irəlidəyik. Ancaq biz kriptovalyutanı düzgün inkişaf etdirməsək, Çin inkişaf etdirəcək”, - Tramp bildirib.
Amerika lideri bu fikirləri bitkoinin ucuzlaşması fonunda səsləndirib.
Qeyd edək ki, “Binance”ın məlumatlarına görə, bitkoinin qiyməti noyabrın 5-də 100 min dollardan aşağı düşərək, 99 908 dollar olub.

DİGƏR XƏBƏRLƏR

Top