Turizm Agentliyi “Euronews”a 2 aylıq reklam üçün 425 min manat ödəyəcək


Dövlət Turizm Agentliyi Fransanın “Euronews” şirkəti ilə satınalma müqaviləsi imzalayıb.
Yeniavaz.com
xəbər verir ki, bir mənbədən satınalma metodu əsasında imzalanan müqaviləyə görə, “Euronews” telekanalının “Snow Report” verilişində təbliğat xidmətləri satın alınacaq və qarşılığında 425 manat ödəniləcək.
Qeyd edək ki, müqavilənin müddəti 3 noyabr 2025 – 30 dekabr 2025-ci il tarixlərini əhatə edir.
Onu da bildirək ki, Dövlət Turizm Agentliyi bu ilin aprel ayında “Euronews” ilə 2 milyon 210 min manat dəyərində satınalma müqaviləsi imzalayıb. Müqavilənin şərtlərinə görə, 2025-ci il ərzində “Euronews” kanalında təbliğat xarakterli məlumatlar yerləşdiriləcək.
Məlumat üçün bildirək ki, açıqlanan rəsmi məlumatdan fərqli olaraq “Euronews” telekanalında yayımlanan verilişin adı “Snow Report” yox, “Snow Forecast” adlanır. Bu verilişdə Avropa və Mərkəzi Asiyadakı dağ kurortlarından qar şəraiti və hava proqnozları barədə məlumat verilir. Proqramda xizək mövsümünə aid ən son hava dəyişiklikləri, qar qalınlığı və turizm xəbərləri təqdim olunur.

Elnur Əli

DİGƏR XƏBƏRLƏR

Top