HƏMAS daha bir girovun qalıqlarını qaytardı


Qəzza zolağındakı İsrail hərbçiləri daha bir girovun qalıqlarını alıblar.
Yeniavaz.com
xəbər verir ki, bu barədə İsrailin Baş naziri Benyamin Netanyahunun ofisi məlumat yayıb.
Girovun qalıqlarının təhvil verilməsi Beynəlxalq Qızıl Xaç Komitəsinin vasitəçiliyi ilə baş tutub. Hərbçilər yaxın vaxtlarda tabutu İsrail ərazisinə aparacaq və burada məhkəmə-tibb ekspertləri qalıqların şəxsiyyətini müəyyən edəcəklər.
Qeyd edək ki, oktyabrın 9-da İsrail və HƏMAS Misir, Qətər, ABŞ və Türkiyənin vasitəçiliyi ilə ABŞ Prezidenti Donald Trampın təqdim etdiyi sülh planının birinci mərhələsini həyata keçirmək barədə razılığa gəliblər. Trampın planına uyğun olaraq Qəzzada atəşkəs oktyabrın 10-da qüvvəyə minib.
Xatırladaq ki, oktyabrın 13-də HƏMAS sağ qalan 20 israilli girovu azad edib və dörd ölü girovun qalıqlarını təhvil verib. HƏMAS ümumilikdə bu günə qədər 21 girovun qalıqlarını qaytarıb.

DİGƏR XƏBƏRLƏR

Top