
ABŞ Prezidenti Donald Tramp yenidən ölkənin Milli Aeronavtika və Kosmos Administrasiyasına (NASA) rəhbərlik etməsi üçün milyarder və kosmik turist Cared Ayzekmanın namizədliyini irəli sürüb.
Yeniavaz.com xəbər verir ki, ölkə başçısı bu barədə sosial şəbəkə hesabında məlumat yayıb.
“Bu gecə uğurlu iş adamı, xeyriyyəçi, pilot və astronavt Cared Ayzekmanın NASA rəhbəri vəzifəsinə namizədliyimizə irəli sürməkdən məmnunam. Caredin kosmosa olan ehtirası, astronavt kimi təcrübəsi və kəşfiyyat sərhədlərini genişləndirmək, kainatın sirlərini açmaq və yeni kosmik iqtisadiyyatı inkişaf etdirmək istəyi onu NASA üçün yeni bir dövrün başlanğıcı üçün mükəmməl namizəd edir”, - Tramp yazıb.
Xatırladaq ki, ötən ilin dekabrında Tramp Ayzekmanı NASA rəhbəri təyin edəcəyini bildirib.
Tətbiqimizi yükləyə bilərsiniz