
Məlum olduğu kimi, bu gün UEFA Çempionlar Liqasının 4-cü turu çərçivəsində “Qarabağ” - “Çelsi” (İngiltərə) görüşü keçiriləcək.
Yeniavaz.com xəbər verir ki, Böyük Britaniyanın Azərbaycandakı səfiri Ferqus Auld bununla bağlı sosial şəbəkə hesabında paylaşım edib.
“Bu axşam “Qarabağ” yenidən “Çelsi” ilə qarşılaşır! Gərgin və maraqlı oyunu səbirsizliklə gözləyirəm, amma Böyük Britaniyanın Azərbaycandakı səfiri və “Qırmızı Şeytan” (“Mançester Yunayted” klubunun azarkeşi - red.) kimi bu axşam ev sahibini dəstəkləyəcəyəm. Oyunçu aparsın!”, - paylaşımda deyilir.
Bu axşam @FKQarabagh yenidən @ChelseaFC ilə qarşılaşır! ⚽️
— FergusAuldFCDO (@FergusAuldFCDO) November 5, 2025
Gərgin və maraqlı oyunu səbirsizliklə gözləyirəm, amma 🇬🇧-nın 🇦🇿-dakı səfiri və “Qırmızı Şeytan” kimi bu axşam ev sahibini dəstəkləyəcəyəm 🇦🇿🤩
Oyunçu aparsın! 🤝 pic.twitter.com/VuEeZfiPM9
Tətbiqimizi yükləyə bilərsiniz