Qriqoryan və Şoyqu Cənubi Qafqazdakı vəziyyəti müzakirə ediblər


Noyabrın 5-də MDB Təhlükəsizlik Şuraları katiblərinin 13-cü iclası çərçivəsində Ermənistan Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan Rusiya Təhlükəsizlik Şurasının katibi Sergey Şoyqu ilə görüşüb.
Yeniavaz.com
xəbər verir ki, bu barədə Ermənistan Təhlükəsizlik Şurasının İdarəsi məlumat yayıb.
Bildirilir ki, görüş zamanı tərəflər Ermənistan və Rusiya arasında ikitərəfli münasibətlərin gündəliyində olan məsələləri müzakirə ediblər. Həmçinin Cənubi Qafqazda təhlükəsizlik vəziyyəti ilə bağlı fikir mübadiləsi aparılıb. Tərəflər regionda nəqliyyat marşrutlarının açılmasının yaratdığı yeni iqtisadi imkanların həyata keçirilməsi məsələlərinə də toxunublar.

DİGƏR XƏBƏRLƏR

Top