Küçənin ortasında prezidenti öpmək istədi – Video


Meksika prezidenti Klaudiya Şeynbaum Mexiko şəhərinin sakinləri ilə görüşü zamanı gözlənilməz insidentlə üzləşib.
Yeniavaz.com
“Associated Press”ə istinadən xəbər verir ki, görüş zamanı bir kişi prezidentə yaxınlaşaraq onu qucaqlayıb və öpməyə cəhd edib.
Şeynbaumun vəziyyəti soyuqqanlılıqla qarşıladığı bildirilir. O, əlləri ilə həmin şəxsi sakitcə aralayaraq gülümsəyib. Hadisə yerində olan təhlükəsizlik əməkdaşlarının dərhal müdaxilə etmədiyi görülür.
Bu hadisə Meksikada siyasətçilərin təhlükəsizliyi ilə bağlı narahatlıqları yenidən gündəmə gətirib. Xüsusilə, noyabrın 1-də Miçoakan ştatının Uruapan şəhərinin meri Karlos Mansonun qətlə yetirilməsindən sonra ictimai müzakirələr daha da güclənib.
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 

A post shared by Yeniavaz.com (@yeniavaz_com)

DİGƏR XƏBƏRLƏR

Top