
İtaliyanın “Tuttosport” idman qəzeti dünyasını dəyişən portuqaliyalı futbolçu Dioqo Jotanı 2025-ci ilin ən yaxşı futbolçusu elan edib.
Yeniavaz.com xəbər verir ki, bu barədə nəşrin mətbuat xidməti məlumat yayıb.
Qeyd edək ki, Jota iyulun 3-də avtomobil qəzasında dünyasını dəyişib. “Daily Mail“ qəzetinin məlumatına görə, Jota və onun qardaşı Andrenin olduğu “Lamborghini” avtomobili təkər partladıqdan sonra idarəetməni itirib. Daha sonra avtomobil qəzay uğrayıb və alovlanıb.
Jotanın 28, qardaşının isə 25 yaşı var idi.
Xatırladaq ki, Dioqo Jota 2020-ci ildən “Liverpul”da oynayıb. Komanda ilə İngiltərə Premyer Liqası, İngiltərə Kuboku və İngiltərə Liqa Kubokunu qazandı. Ümumilikdə o, İngiltərə yığmasında 182 oyun keçirib, 65 qol vurub və 26 məhsuldar ötürmə edib. O, Portuqaliya millisi ilə iki dəfə Millətlər Liqasının qalibi olub. Jota əvvəllər İspaniyanın “Atletiko Madrid”, Portuqaliyanın “Porto” və İngiltərənin “Vulverhempton Uonderers” klublarında çıxış edib.
Tətbiqimizi yükləyə bilərsiniz