
İstanbul Böyükşəhər bələdiyyəsinin həbsdə olan sabiq sədri Əkrəm İmamoğlunun həyat yoldaşı Dilek İmamoğlunun diplomatik pasportu ləğv edilib.
Yeniavaz.com xəbər verir ki, bu barədə CHP sədri Özgür Özəl partiyasının parlamentdəki qrup toplantısı zamanı məlumat verib.
Onun sözlərinə görə, Dilek İmamoğlu Əkrəm İmamoğluna verilən mükafatı almaq üçün xaricə getmək istəyib. Ancaq ona diplomatik pasportunun ləğv olunduğu bildirilib.
O, Əkrəm İmamoğlunun İstanbul Böyükşəhər Bələdiyyəsinin seçilmiş bələdiyyə sədri olduğunu və onun haqqında hələ ki, ittiham aktının olmadığını qeyd edib.
Tətbiqimizi yükləyə bilərsiniz