
Ermənistan və Türkiyə iki ölkə arasında uçuşların sayını artırmaq barədə razılığa gəliblər.
Yeniavaz.com “Sputnik Ermənistan”a istinadla xəbər verir ki, bu barədə Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan beynəlxalq forumda çıxışı zamanı bildirib.
“Hesab edirəm ki, İstanbul və Ankaradan Yerevan və Gümrüyə uçuşların sayı artırılacaq”, - o qeyd edib.
Digər tərəfdən, Mirzoyan Ermənistan və Azərbaycan münasibətlərindən də bəhs edib.
“Azərbaycana gəldikdə, hökumət səviyyəsində əlaqələr mövcuddur. Vətəndaşlar arasında əlaqələr isə vaxt tələb edir”, - Mirzoyan bildirib.
Tətbiqimizi yükləyə bilərsiniz