
Noyabrın 5-də Moskvada Rusiya Təhlükəsizlik Şurasının katibi Sergey Şoyqunun sədrliyi ilə MDB-yə üzv dövlətlərin Təhlükəsizlik şuraları katiblərinin 13-cü iclası keçiriləcək.
Yeniavaz.com TASS-a istinadla xəbər verir ki, bu barədə Təhlükəsizlik Şurasının mətbuat xidməti məlumat yayıb.
Məlumata görə, iclasda “MDB-yə qarşı təhlükələr, onlara qarşı cavab tədbirləri” müzakirə ediləcək.
Görüşdə həmçinin, humanitar əməkdaşlıq da müzakirə mövzusu olacaq.
Digər tərəfdən, Rusiya Təhlükəsizlik Şurasının katibi Sergey Şoyqunun Azərbaycan Prezidenti yanında Təhlükəsizlik Şurasının katibi Ramil Usubov həmçinin, Ermənistan və Belarusdan olan həmkarları ilə də ikitərəfli görüşlər keçirəcəyi gözlənilir.
Qeyd edək ki, MDB Təhlükəsizlik Şurası katiblərinin görüşü oktyabrın 31-dən oktyabrın 5-dək Moskvada keçirilən “Rusiya və MDB xalqları” beynəlxalq festivalının yekun tədbiri olacaq.
Tətbiqimizi yükləyə bilərsiniz