“Bitcoin”in qiyməti 100 min dollardan aşağı düşdü


Bazar kapitallaşmasının miqyasına görə ilk iki kriptovalyutanın - “Bitcoin” və “Ethereum”un qiyməti kəskin şəkildə azalıb.
Yeniavaz.com
“Binance” platformasına istinadla xəbər verir ki, hər iki kriptovalyutanın qiymətində uyğun olaraq təxminən 7% və 13% azalma qeydə alınıb.
Noyabrın 4-ü Bakı vaxtı ilə saat 01:18-ə olan məlumata görə, “bitcoin”in qiyməti 6,57% azalaraq, 99 671 min dollar təşkil edib. Bakı vaxtı ilə saat 01:50-də “bitcoin”in qiyməti enişini ləngidib və 100 min 669 dollar (-5,51%) səviyyəsində olub.
“Binance”in məlumatına görə, Bakı vaxtı ilə saat 01:19-a olan məlumata görə, “Ethereum”un qiyməti 12,69% ucuzlaşaraq, 3 min 152 dollar olub. Bakı vaxtı ilə saat 01:50-də kriptovalyutanın qiymətini enişini ləngidib və 3 min 194 dollar (-11,02%) səviyyəsində olub.
“Coinmarketcap”in məlumatına görə, noyabrın 4-nə kriptovalyuta bazarının ümumi kapitallaşması 3,31 trilyon dollar təşkil edib. “Bitcoin” 2,006 trilyon dollar (60,3%), “Ethereum” isə 384,043 milyard dollar (11,6%) təşkil edir.

DİGƏR XƏBƏRLƏR

Top