
İsrail hərbçiləri Qəzza zolağında ölən girovun qalıqlarının olduğu daha bir tabut alıb.
Yeniavaz.com xəbər verir ki, bu barədə İsrailin Baş naziri Binyamin Netanyahunun ofisi məlumat yayıb.
Qalıqlar Beynəlxalq Qızıl Xaç Komitəsinin vasitəçiliyi ilə təhvil verilib.
Hərbçilər tabutu İsrail ərazisinə aparacaq və burada məhkəmə-tibb ekspertləri qalıqların şəxsiyyətini müəyyən edəcəklər.
Qeyd edək ki, oktyabrın 9-da İsrail və HƏMAS Misir, Qətər, ABŞ və Türkiyənin vasitəçiliyi ilə ABŞ prezidenti Donald Trampın təqdim etdiyi sülh planının birinci mərhələsini həyata keçirmək barədə razılığa gəliblər. Trampın planına uyğun olaraq Qəzzada atəşkəs oktyabrın 10-da qüvvəyə minib.
Xatırladaq ki, oktyabrın 13-də HƏMAS sağ qalan 20 israilli girovu azad edib və dörd ölü girovun qalıqlarını təhvil verib. HƏMAS bu günə qədər 20 girovun qalıqlarını qaytarıblar.
Tətbiqimizi yükləyə bilərsiniz