“Apple” “iPhone” prosessoru ilə münasib “MacBook” hazırlayır − “Bloomberg”


“Apple” münasib qiymətli noutbuk hazırlayır.
Yeniavaz.com
xəbər verir ki, bu barədə mənbələrə istinadən “Bloomberg” məlumat yayıb.
Qurğu internetdə axtarış etmək, sənədlərlə işləmək, sadə multimedia redaktəsini yerinə yetirmək və az resurs tələb edən digər tapşırıqları həyata keçirmək üçün nəzərdə tutulacaq.
Agentliyin mənbələri bildiriblər ki, kod adı J700 olan qurğu hazırda “Apple”da aktiv şəkildə sınaqdan keçirilir və beynəlxalq təchizatçılarda istehsalın ilkin mərhələsindədir. Şirkət “MacBook”u 2026-cı ilin birinci yarısında buraxmağı planlaşdırır.
Nəşrin əməkdaşı Mark Qurmanın sözlərinə görə, noutbukda daha az təkmil komponentlər, “iPhone” prosessoru və aşağı keyfiyyətli LCD displey istifadə olunacaq. Cihaz “MacBook Air”də istifadə edilən 13,6 düymlük ekrandan bir qədər kiçik olan istənilən “Mac” noutbukunun ən kiçik ekranına sahib olacaq.
Nəşr qeyd edib ki, şirkət tərəfindən aparılan daxili sınaqlar göstərib ki, smartfonun çipi bir neçə il əvvəl noutbuklarda istifadə edilən “Mac” üçün optimallaşdırılmış M1-dən daha yaxşı performans göstərə bilər. “Apple” əvvəllər “iPad”lər üçün “iPhone” çiplərindən istifadə edirdi, lakin bir neçə il əvvəl daha yüksək səviyyəli modellər üçün M seriyalı prosessorlara keçdi.
Bildirilib ki, münasib qiymətli olacaq cihazın 1000 dollardan xeyli aşağı qiymətə satılması planlaşdırılır. Təxminən 600 dollara başa gələcəyi gözlənilir.
 

DİGƏR XƏBƏRLƏR

Top