Yuri Nikolayev vəfat etdi


Sovet və Rusiya televiziyasının aparıcısı Yuri Nikolaev 76 yaşında vəfat edib.
Yeniavaz.com
xəbər verir ki, bu barədə balet artisti Nikolay Tsiskaridze teleqram kanalında məlumat yayıb.
“Yuri Nikolaev dünyasını dəyişdi. Bu yaxınlarda “Bu gecə” verilişində biz bu qədər ulduzları yandıran insanın peşə yubileyini qeyd etdik. İndi isə onun dünyadan köçdüyü xəbəri gəldi. Necə də kədərli! Onu birlikdə xatırlayaq. Ruhu şad olsun”, - Tsiskaridze yazıb.
Teleqram kanallarının məlumatına görə, aparıcının noyabrın 4-də səhər saatlarında evində halı pisləşib, xəstəxanaya aparılıb və orada ölüb. İddia edilir ki, Nikolaevin ağciyərində ağır xəstəlik olub.
Qeyd edək ki, Yuri Nikolaev televiziya karyerasına 1973-cü ildə başlayıb. O, müxtəlif vaxtlarda Rusiyanın federal kanallarında əyləncə proqramlarının aparıcısı olub. Nikolaev daha çox “Səhər poçtu”, “Səhər ulduzu” və “Respublika irsi” musiqili televiziya proqramları ilə tanınır.

DİGƏR XƏBƏRLƏR

Top